Arıqlamaq və ya kökəlmək istəyənlər DİQQƏT OLUN! - DİETOLOQ AÇIQLADI

"Arıqladıcı dərmanlar maddələr mübadiləsini sürətləndirərək yeyilə bilən qidaların bədəndən sürətlə atılmasını, eyni zamanda ürəyin daha sürətli işləməsini təmin edir. Nəticədə, heç bir ürək xəstəliyi olmayan insanlarda belə, xüsusən də ürək xəstəliyi olan insanlarda mənfi təsirləri olduğu müşahidə edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, digər yan təsir isə yüksək təzyiq və ürək döyüntüsünə səbəb olmasıdır: "Həmçinin ishal, yuxusuzluq, baş ağrısı, ürəkbulanma, qusma, qəbizlik, ağız quruluğu və başgicəllənmə kimi problemlər gətirərək ciddi narahatlığa səbəb olur. Daha da əhəmiyyətlisi, böyrək problemlərinə və qaraciyərə qalıcı ziyan vurur".

Ceyhunə Yusifova sözlərinə belə davam edib: "Hormonal problemlər və menstrual qanaxmada nizamsızlıqlar, xüsusən də arıqladan dərmanlardan istifadə edən qadınlarda ən çox rast gəlinən xəstəliklər arasındadır. Halbuki, sağlam qidalanma edərək dietoloqun hər orqanizmaya uyğun hesablayaraq verdiyi pəhriz proqramı nəticəsində və mütəmadi idman və yürüyüş etməklə qalıcı arıqlamaq, güclü immun sisteminə malik olmaq mümkündür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə