Qablaşdırılmış məhsulları alarkən nələrə diqqət etmək lazımdır? - MÜTƏXƏSSİS DANIŞDI

"Müxtəlif növ qablaşdırılmış məhsullar satılır. Bəzən meyvələr üstü bağlı şəkildə satılır. Bunlar hibrid məhsullardır, yəni xaricdən idxal olunur". Bu sözləri sağlam qida mütəxəssisi Ağa Salamov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bazarda paketləşdirilmiş məhsula rast gəlinmir: "Amma bəzən giləmeyvlərin paketləşdirilmiş halda satıldığını görə bilərik. Giləmeyvələri paketləşdirdikdə onların altına karton yerləşdirirlər ki, çəkisi çox görünsün".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, ona görə də bu məhsulları alanda buna diqqət yetirmək lazımdır: "Eyni zamanda, belə məhsulları paketləşdirəndə görünməsin deyə çürük olanları alta yerləşdirirlər. Xaricdən idxal olunan paketləşdirilmiş məhsullar yerinə, kiloyla yerli məhsul almağı məsləhət görərdim. Lakin həmin yerli məhsullar da vaxtında yetişmiş olmalıdır. Yəni, vaxtından tez yetişən yerli mevyə-tərəvəzlər də faydalı deyil".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə