Kimlərə səhər yumurta yemək olmaz? - DİQQƏT! - DİETOLOQ AÇIQLADI

"Ümumiyyətlə, yumurta çox faydalı qidadır və hər kəsin qida rasionunda olmalıdır. Lakin müəyyən kateqoriya insan var ki, onlara hər gün yumurta yemək olmaz. Bu xüsusilə ödündə problem olanlara aiddir". Bu sözləri SİA-ya açıqlamasında həkim dietoloq Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, bir də ciddi böyrək çatışmazlığından əziyyət çəkənlərə yumurta olmaz: "Ödündə problem olanlara 2 həftədə 1 dəfə yumurta qəbul edə bilər. Böyrək xəstəliyindən əziyyət çəkənlərə isə ümumiyyətlə yumurta qadağandır".

Dietoloq sözlərinə belə davam edib: "Yerdə qalan uşaq və digər insanlara isə yumurta ən faydalı qidadır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə