Çörəkdən quş lələyi, peraşkidən isə insan dişi çıxdı - İRAD - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Bakıda çörəkdən yad cisim çıxıb. Bu barədə görüntüləri oxuculardan biri göndərib. Nahar zamanı təndir çörəyinin içindən quş lələyi çıxıb. Görüntüləri saytımıza təqdim edən şəxsin bildirdiyinə görə, içindən yad cisim çıxan təndir çörəyi Hövsan qəsəbəsindəki marketlərdən birindən alınıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bunları deyib: "Əgər hər hansı bir qidanın içərisindən quş lələyi və sap kimi əşyalar çıxırsa, deməli bu qida anti-sanitar vəziyyətdə istehsal olunur. Orada qida təhlükəsizliyindən danışmaq olmaz. Deməli, bu çörək sexində un ələnmir və digər ciddi problemlər də var. Bizim ofisimizdə buna bənzər bir çox nümunə göstərə bilərəm. Dietik çörəyin içində 10 sm-lik dəmir bolt olub. Daha bir şikayət isə peraşkinin içidən insan dişi çıxması ilə bağlı idi".

Eyyub Hüseynov sözlərinə belə davam edib: "Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahəni tam əhatə edə bilmir. Çünki illər boyu bu məsələ quyunun dibinə düşüb. Əhali AQTA-ya bu kimi məsələlərdə "Qaynar xəttə" zəng etməklə kömək etməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə