Son günlər sosial şəbəkələrə dövlətin nəzarət edəcəyi ilə bağlı təkliflər səsləndirilir. Ekspertlər sosial şəbəkələrdə təhqir və böhtana geniş yol verilməsindən narahat olduqlarını bildirirlər. Onlardan bəziləri isə hətta qanunvericiliyə dəyişikləri edib buna görə cəzaların sərtləşdirilməsini təklif edirlər. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib. Bəs gəlin görək, paytaxt sakinlərinin bu mövzuya münasibəti necədir?

Şəhər sakini Aminə Hüsenova: “Fikrimcə, sosial şəbəkələrə dövrət nəzarətinin olunması düzgün deyil. Çünki onsuz da dildə deyilməsə də, dövlət bütün internet resusularına nəzarət edir. Lakin mənə görə bunu hal-hazırda açıq-aydın şəkildə insanlara çatırıb, onları şübhəyə salmaq lazım deyil”.

Şəhər sakini İlkin Priyev: “Mən elə düşünürəm ki, bu çox yaxşı bir addımdır. Çünki bildiyiniz kimi son zamanlarda sosial şəbəkələrdə özbaşınalıq çoxalıb. Ona görə də, dövlət güclü nəzarət etsə, fikrimcə, bu kimi halların qarşısı alınar. Bununla da, həmin insanlar özləri üçün ölçü götürər, səhv hərəkətləri etməzlər”.

Şəhər sakini Ədilə Süleymanov: “Dövlətin sosial şəbəkələrə nəzarət etməsi çox gözəl bir haldır. Çünki bilirisz ki, bir çox insanlar bu platformalar üzərindən müəyyən ticarətlə məşğul olurlar. Hətta insan və narkotik alveri ilə məşğul olurlar. Amma zənn edirəm ki, artıq dövlət nəzarət edərsə, bu kimi hadisələrin yol verilməsinin qarşısı alınar”.

Şəhər sakini Əlikamran Əlizadə: “Məncə onsuz da, dövlət sosial şəbəkələrə nəzarət edirdi. Lakin bunun gücləndirilməsi çox yaxşı bir haldır. Amma əgər bununla biizm mesajlarımız oxunarsa bu qəbulolunmaz bir mənzərədir”.

Şəhər sakini Mahmud Mehdiyev: “Düşünürəm ki, dövlət sosial şəbəkələrə nəzarət etməklə yanaşı, müəyyən platformalara yaş həddi qoyulmalıdır. Çünki bəzi sosial şəbəkələr var ki, yeniyetmələr ora daxil olur və dediyim bayağı çıxsa da, tərbiyəsizləşirlər. Ona görə də bu kimi halların da, qarşısı alınmalıdır. Bayaq qeyd etdiyim kimi, mənim üçün dövlət nəzarətinin olması çox yaxşıdır”.

Şəhər sakini İsmayıl İsmayılov: “Bir vətəndaş kimi deyə bilərəm ki, mənə görə bu qərarın qəbul olunması çox mükəmməl bir hadisədir. Çünki bəzi məqamlar var ki, həmin yerlərə dövlət nəzarət etsə xoşagəlməz hadisələr baş verməz”.

Şəhər sakini Sakit Qəhrəmanov: “Bu qərar yaxşıdır. Çünki etikadan xəbəri olmayan insanlar öz aləmlərində populyar olsa da, ağıllarına gələni paylaşıb sosial şəbəkələrin səviyyəsini aşağı salırlar. Eyni zamanda rəsmi olmayan xəbərləri qeyri-şərtsiz yayırlar ki, bu da internetdə böyük bir xaosa səbəb olur. Bu kimi şeylərin qarşısını almaq üçün belə bir nəzarət çoxdan olmalı idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB