Hansı tərəvəzlərdə bol protein olur? - AÇIQLANDI

"Protein bədən funksiyaları üçün lazım olan əsas makronutrientlərdən biridir. Zülallar böyümə, inkişaf, hüceyrə bərpası, əzələ meydana gəlməsi, immunitet sistemi, maye balansı və qan istehsalı kimi bir çox hadisədə iştirak edir. Zülalların tikinti materialları amin turşularıdır və onlar insan orqanizmində müxtəlif sıralarda olan 20 müxtəlif amin turşusunun birləşməsi nəticəsində əmələ gəlir. Lakin bu amin turşularından 8-i orqanizm tərəfindən istehsal oluna bilmədiyi üçün qida ilə orqanizmə qəbul edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, hər qidanın tərkibində olan zülalın miqdarı fərqli olsa da, protein baxımından çox zəngin olan qidalar bunlardır: Yumurta, balıq, toyuğun döş əti, hinduşka döş əti, yağsız mal əti, kəsmik, pendir, qatıq, süd, çiy badam, fıstıq, balqabaq toxumu, brokoli, brüssel kələmi, yaşıl mərcimək, bulqur, yulaf, kinoa, yumurta.

Ceyhunə Yusifova sözlərinə belə davam edib: "Yumurta ən sağlam və ən qidalı protein mənbələrindən biridir. Vitaminlər, minerallar və sağlam yağlarla zəngindir. Yumurtanın zülal tərkibinin yarısından çoxu ağ hissədədir. Yumurta sarısının yağ tərkibi ağından daha yüksəkdir.

Protein tərkibi: Bütün yumurtalarda olan kalorilərin 33%-i zülaldan gəlir. Böyük bir yumurtada orta hesabla 6 qram protein və 78 kalori var.

Balıq: Sağlamlıq üçün çox faydalı qidadır. Bundan əlavə, bəzi növlər çox yüksək omeqa-3 tərkibinə malikdir.

Tərkibində yüksək protein olan toyuq döşü dərisiz istehlak edilərsə, az yağlı, yaxşı bir protein qaynağıdır.

Protein tərkibi: Toyuq döşündəki kalorilərin 75%-i zülaldan gəlir. 100 qram izqara toyuq döşündə orta hesabla 30 qram protein və 151 kalori var.

Hinduşka döşü: Bir çox cəhətdən toyuq döşünə bənzəyir. Hinduşka döşü, toyuq döşü kimi az kalorili və yağlı olan yaxşı bir protein qaynağıdır. Hinduşka döşündəki kalorilərin 82%-i zülaldan gəlir. 100 qram qızardılmış yağsız hinduşka döşündə orta hesabla 33 qram protein və 147 kalori var.

Badam lif, E vitamini, maqnezium kimi vacib qidalarla zəngindir.
30 qram (10-15 ədəd) çiy badam orta hesabla 6 qram protein və 164 kalori ehtiva edir.

Fıstıq: zülal, lif və maqneziumla zəngindir.
Zülal tərkibi: Fıstıqdakı kalorilərin 18%-i zülaldan gəlir. 40 qram (1 ovuc) fıstıqda orta hesabla 10 qram protein və 230 kalori var.

Balqabaq toxumu

Balqabaq tumları dəmir, maqnezium və sink kimi qidalarla zəngindir və qəlyanaltılar üçün çox sağlam seçimdir.
Protein tərkibi: Balqabaq toxumunun kalorisinin 22%-i zülaldan gəlir. 20 qram (1 ovuc) balqabaq tumunda orta hesabla 6 qram protein və 113 kalori var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə