Prezident İlham Əliyev xalqın Böyük Sərkərdəsidir - PAYTAXT SAKİNLƏRİ - SORĞU

Azərbaycan xalqının sonsuz rəğbətini və məhəbbətini qazanan Liderə milyonların sevgisi şəksizdir. Yenilikçi və qurucu rəhbər kimi yeni tarix yaradan sevimli Prezidentimizin doğum günü, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, habelə Yeni il münasibəti ilə qalib ölkənin qalib Liderinə ünvanlanan təbrik və təşəkkür məktublarında da bu açıq-aydın görünməkdədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və tərəqqipərvər bəşəriyyət sevinc içərisindədir. SİA olaraq paytaxt sakinləri arasında da sorğu apardıq:

Paytaxt sakini Ramiz Novruzov: “İlham Əliyev bu xalqın böyük sərkərdə oğludur. 30 il işğalda olan torpaqlarımızı yalnız 44 gün ərzində erməni daşnaklarının əlindən aldı. Arzu edirəm ki, cənab Prezidentin rəhbərliyi ilə xalqımızın sevinci, güzəranının yaxşılığı daha da yüksək səviyyədə olsun. Gənclər, tələbələr, yaşlılarımız Prezidentin bundan sonrakı uğurlarına sevinsin”.

525-ci qəzetin Baş redaktoru Rəşad Məcid: “Mən həm də
Azərbaycan Yazıçılar Birliyinin sədr müaviniyəm. İndi ora gedirdim. Yazıçılar Birliyi yeni qərar qəbul edib. Belə ki, cənab Prezident Yazıçılar Birliyinin Fəxri üzvlüyünə seçilib. Yazıçılar Birliyinin sədri Anar qərarın qəbulu zamanı bildirdi ki, Yazıçılar Birliyinin ilk Fəxri üzvü Heydər Əliyev olub. İndi isə İlham Əliyevin təşəbbüsü ilə, Nəsimi, Nizami poeziya günlərinin keçirilməsi, hələ 2003-cü ildə Prezident seçkisindən sonra latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, müharibədən sonra Vaqif Poeziya günlərinin keçirilməsi əsas verdi ki, onu Yazıçılar Birliyinin Fəxri üzvlüyünə seçək. Yazıçılar Birliyinin adından hörmətli Prezidentin ad günü münasibətilə təbrik mərasimi keçirəcəyik. Yazılı mətbuatın sıradan çıxmamasında öncə Ümummilli lider Heydər Əliyevin, daha sonra isə cənab Prezidentin mühüm rolu olub. Hər zaman mətbuata qayğının, diqqətin şahidi olmuşuq. Cənab Prezidentin doğum günü yalnız Azərbaycanda yox, ümumtürk məkanında sevinclə qarşılanacaq”.

Paytaxt sakini Gülşən Paşayeva: “Cənab Prezidentin fəaliyyətindən xalq olaraq məmnunuq. Onu qarşıdan gələn ad günü ilə əlaqədar təbrik edirik. Cənab Prezidentdən sadəcə qadınların təqaüd yaşının 60 olması ilə bağlı sərəncam imzalanmasını xahiş edirəm”.

Paytaxt sakini Xosrov Şuşalı: “Cənab Prezidentə həyatda ən yaxşı şeyləri arzu edirəm. Onun fəaliyyəti ilə bağlı çox danışmaq olar. İlham Əliyev Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Onun Qarabağ zəfəri Azərbaycan xalqına misilsiz ərmağandır. Ona cansağlığı arzulayıram”.

Paytaxt sakini Ziyafət Əliyev: “Cənab Prezidentin bütün fəaliyyətini dəstəkləyirik. Onun Azərbaycan xalqına, dövlətinə xidməti misilsizdir. Ona Allahdan cansağlığı uzun ömür arzulayıram”.

Paytaxt sakini Arif Abbasov: “Müharibədən öncə hər hansı narazılıq var idisə, müharibədən sonra cənab Prezidentin şücaəti, xarici korrospendentlərə verdiyi müsahibələr bötöv xalqımızın gözündə onun əsil prezident olduğunu təsdiq etdi”.

Paytaxt sakini Məlahət Bayramova: “Cənab Prezidentin fəaliyyətindən bir xalq kimi razıyıq. Fəxr edirik ki, belə Prezidentimiz var. Onun Qarabağ zəfərini xalqa bəxş etməsi misilsizdir. Bundan sonra bir xalq olaraq alnıaçıq şəkildə başqa millətlərin içərisində danışa bilirik. Daha müharibədən uzaq sakit ömür sürəcəyik. Hörmətli Prezidentə can sağlığı uzun ömür arzulayırıq”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə