Ömrü uzadan qidalar hansılardır? - BUNLARI QƏBUL ETMƏK VACİBDİR - QİDA MÜTƏXƏSSİSİ AÇILADI
“Ömrü uzadan qidalar deyəndə ümumiyyətlə məsələyə bütöv yanaşmaq lazımdır. Təbii ki, yaşlanmanı, qocalmanı önləyən əsas məsələlərin 30 faizini qidalanma təşkil edir, digər faizini isə düzgün həyat tərzi, fiziki aktivlik, sağlam yuxu rejimidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, həddindən artıq qızardılmış, qaynadılmış, düzgün şəkildə bişirilməmiş yeməklərin hər biri orqanizmin sağlamlığına, xüsusilə də orqanizmin erkən qocalmasına səbəb olur: “Bundan başqa paketlənmiş, rafinə olunmuş qidalardır ki, onlar da orqanizmə demək olar ki, lazımi qida dəyərini vermir. Yaxşı olar ki, bu kimi qidalardan da uzaq duraq. Mütləq şəkildə gün ərzində maye balansını təmin etmək üçün hər orqanizmə kifayət qədər su içilməsi lazımdır. Bu da hər kiloqram bədən çəkisinə görə 0,30 ml nəzərdə tutulur ki, mütləq şəkildə bu su şəklində qəbul olunmalıdır və yaxud da əgər həmin miqdarda meyvə şirəsi və ya ayran varsa bu da orqanizmin maye balansını təmin edə bilər. Ancaq gün ərzində içdiyimiz çay, kofe və yaxud digər şirin içkilərdirsə, bunlar orqanizmin maye balansını təmin etmir. Ona görə o içkiləri həmin miqdara hesablamaq düzgün olmazdı”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bundan başqa mütləq şəkildə gün ərzində yeməklərimizdə meyvə-tərəvəzi lifli qidalar olaraq qəbul etməliyik. Bunları mütləq yeməliyik. Qırmızı əti həftədə ən azı iki dəfə 100-50 qram şəklində qəbul etsək daha faydalı hesab olunur. Daha çox ağ ətə balıq və toyuğa üstünlük verməliyik. Yaşlanmanın qarşısını alır”.
“Bundan başqa meyvə-tərəvəzlərdə yaxşı olar ki, antioksidant tərkibli meyvə-tərəvəzə üstünlük verək. Bu da xüsusilə tünd rəngli, bənövşəyi olan qaragilə, badımcandır. Ümumiyyətlə, giləmeyvələrin bir çox növüdür. Bunlar ona aiddir və qara üzümü aid edə bilərəm ki, onlar da yaşlanmanı daha çox ləngidir. Bundan başqa avokado çox faydalıdır. Bədəndə pis xolesterolun səviyyəsini aşağı salır və eyni zamanda orqanizmi faydalı olan E vitamini ilə təmin edir ki, bu da dərinin cavan qalmasına kömək olur. Mütləq şəkildə həftədə paxlalılardan istifadə etməliyik, ən az üç dəfə etməliyik. Buna biz mərcini, lobyanı misal göstərə bilərik. Digərlərindən paxlalılar dedikdə adətən yanlışlıqla düyü, bulqurdan da daha çox istifadə edirlər ki, bunu da həftədə bir dəfəni keçməmək şərtilə istifadə etmək daha faydalı hesab olunur”.
“Yaxşı olar ki, unlu şirniyyatlardan, ümumiyyətlə, ağ çörəkdən mümkün qədər az istifadə etsinlər. Çünki, onlar da maddələr mübadiləsini zəiflədir və demək olar ki, mədə-bağırsaq sistemində problemlərə səbəb olur ki, bu da yenə də orqanizmin funksiyalarının pozulmasına gətirib çıxarır. Bunlara əməl olunsa deyərdim ki, yaşlanmanı həddindən artıq gözlə görüləcək dərəcədə azaldacaq və eyni zamanda da dediyimiz gündəlik həyat rejimidir, sağlam yuxu rejimidir. Sağlam yuxu da axşam 11-dən sonra yatılan yuxu hesab olunur ki, buna da mütləq şəkildə diqqət etsinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB