Qışda hansı qidaların qəbul olunması vacibdir? - DİQQƏT! - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Hansı fəsil olmasından asılı olmayaraq, birinci növbədə öndə sağlam qidalanma dayanır. Çünki, havalar soyuduqda, temperatur aşağı düşdükdə daha çox soyuqdəymələr, bronxial problemləri olanlarda mövsümi dəyişikliklər baş verir. Ona görə bütün bu xəstəliklərdən qorunmaq üçün birinci növbədə sağlam balanslaşdırılmış qidalanmalıyıq ki, orqanizmimiz xəstəliklərə düçar olmasın, immun sistemimiz zəifləməsin". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, mütləq şəkildə fiziki hərəkətlilik birinci növbədə olmalıdır: "Həmçinin, sağlam yuxu rejimi olmalıdır. Bunlardan başqa yeməklərimizdə mütləq mövsümi meyvə-tərəvəzlərə, xüsusilə də C vitamini ilə zəngin meyvələrə üstünlük verməliyik. Gün ərzində mütləq dörd meyvə, dörd, beş tərəvəz şəklində qidalanmalıyıq və bunlar da paylanmış şəkildə səhər, günorta, axşam yeməklərində olmalıdır".

"Mövsümi sitrus meyvələrindən portağal, mandarin, alma, daha sonra qreyfrutdan çox istifadə etmək olar. Hal-hazırda narla, heyvanın da sezonudur ki, bu da həm immun sisteminin güclənməsinə, həm də qan azlığından əziyyət çəkənlərə, ürək-damar xəstəlikləri olanlara da çox faydalıdır".

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Göyərtilər çox faydalıdır ki, onları da yemək lazımdır. Daha sonra kökü unutmaq lazım deyil. Kök A vitamini ilə zəngindir və eyni zamanda da qışda da tapılan tərəvəzlərdən hesab olunur. Əsas amillərdən biri də qış olduğu üçün günəş artıq azalır və bu da D vitamininin azalmasına gətirib çıxarır ki, mütləq şəkildə D vitamini həkim tərəfindən yoxlanılıbsa, müayinə olunubsa, azdırsa əlavə dəstək alınmalıdır. Bu dəstək ya qida əlavəsi şəklində və yaxud fərqi yoxdur yağlar, kapsula şəklində ola bilər. Qidalarımızda da D vitaminli qidalardan istifadə etmək lazımdır".

"Bundan başqa da mütləq şəkildə digər vitaminlərlə zəngin olan "Omeqa - 3"lə olan doymamış yağ turşularıdır ki, kalsium, fosfor, selen, sink, yod kimi minerallarla da zəngin olan qidalara yönəlməliyik. Daha sonra mütləq əgər qış aylarında bayırdayıqsa, daha çox zərərli yeməklərə üstünlük verənlər çox olur. Mütləq şəkildə atışdırmalıq dediyimiz yeməkləri də faydalı qidalardan seçməliyik".

"Hər gün çərəzlərdən istifadə olunmalıdır. Yaxşı olar ki, şirniyyatlar qəbul edəcəyiksə, quru meyvələrdən daha çox istifadə edək. Hər səhər yeməyində əgər hər hansı bir mədəaltı vəz, öddə problem yoxdursa, bir yumurta yeyilməsi daha məqsədəuyğundur. Qırmızı ət dediyimiz qoyun və mal əti olaraq mütləq qidalarımızda yer verməliyik. Həftədə ən az 3 dəfə qırmızı ət, 3 dəfə ağ ət dediyimiz toyuq və balıq ətlərindən istifadə etmək olar. Çox qızardılmış, yağlı yeməmək lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...