Qız da övladdır, oğlan da övladdır-Cəmiyyətin Baxışı -SORĞU

Dünyada bəzi ölkələrdə hələ də oğlan və qız uşaqları arasında fərqlər qoyulur. Ailələr daha çox oğlan uşaqlarının olmasına üstünlük verir. Ölkəmizdə də bəzi insanlar hələ də bu təfəkkürlə yaşayır. SİA olaraq bu barədə paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Yasin Abuzərov: Ümumiyyətlə, övladları ayırmaq, əlbəttə ki, düzgün deyil. Mən bu cür hallara ətrafımda çox da rast gəlməmişəm. Təbii ki, bu kimi hallar narahat edicidir.

Paytaxt sakini Süleyman Abuzərov: Əlbəttə ki, diskriminasiya var. Hələ də bəzi regionlarda qız uşaqları ailə qurmağa məcbur edilir. Təhsildən yayındırılır. Düşünürəm ki, bu məsələləri həll etmək lazımdır ki, gender bərabərliyinə nail olsun”

Paytaxt sakini Aydın Cəfərov: “ Qız da övladdır, oğlan da övladdır. Onların gələcəkdə nə olacağını bilmək olmaz. Əsas şəxsiyyət yetişdirmək lazımdır. Cəmiyyət üçün və dövlət üçün bunu etmək lazımdır. Aslanın erkəyi dişisi olmaz".

Paytaxt sakini Xəzər Əlizadə: “ Əlbəttə,
cəmiyyətdə bu cür ayrı-seçkilik mövcuddur. Amma bu düzgün deyil. Övlad övladdır. Bu ayrı-seçkilik cəmiyyətə zərər gətirə bilər.

Paytaxt sakini Süleyman Rüstəmov: “ Qız, oğlan fərq etməz. Övladlarımızı cəmiyyətə xeyirli böyütməliyik. Onlar gələcəyin ata analarıdır. Hər biri cəmiyyətin fərdidir. Cəmiyyət bu cür ayrı-seçkilik ilə mübarizə aparmalıdır”.

Paytaxt sakini Fatimə Zeynalova: “ Mən şəxsən heç bir fərq qoymuram. Və düşünürəm ki, cəmiyyətimiz o qədər də ayrı-seçkilik etmir".

Paytaxt sakini Nanı Nurəddinova: “ Doğrudur, oğlan düşmən çəpəridir. Heç bir ana oğulsuz olmasın. Amma bu o demək deyil ki, qızları istəməyək. Çünki onlar sabahın anasıdır. Minlərlə vətən övladını dünyaya gətirəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə