Ömrü uzatmağın yolları tapıldı - MÜTLƏQ İSTİFADƏ EDİN!

Siçanlar üzərində aparılan yeni bir araşdırma nəticəsində oruc tutmağın arıqlamaq və sağlamlığı yaxşılaşdırmaq üçün kaloriləri azaltmaqda daha təsirli olduğu müəyyən edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislər xəbərdarlıq edir ki, insanlarda tapılan nəticələrin proqnozlaşdırılması asan deyil.

​Oruc və balanslaşdırılmış pəhrizin birləşməsi insulin həssaslığını yaxşılaşdırır və bədən yağını enerji olaraq istifadə edərək metabolizmanı yenidən proqramlaşdırır. Lakin mütəxəssislər insanlar və siçanlar arasındakı bioloji fərqə görə bu pəhrizlərin necə nəticə verəcəyini dəqiq bilmirlər. Bu səbəblə insanların balanslaşdırılmış qidalanmaya riayət etməsi son dərəcə vacibdir.

​Amerika Səhiyyə Nazirliyinə görə, balanslaşdırılmış pəhriz aşağıdakılardan ibarət olmalıdır:

​Hər gün 5 qab müxtəlif meyvə və tərəvəz istehlak edilməlidir. Bunlar təzə, dondurulmuş, qurudulmuş, konservləşdirilmiş meyvə və tərəvəz ola bilər. Əsas yeməklər kartof, çörək, düyü, makaron və ya digər nişastalı karbohidratlardan ibarət olmalıdır. Hər gün 30 qram lif istehlak edilməlidir. Bu, 5 qab meyvə və tərəvəzə, 2 tam taxıllı peçenyeyə, 2 nazik dilim tam taxıl çörəyinə və qabıqlı böyük bişmiş kartofa bərabərdir.

Süd məhsulları və ya soya kimi alternativləri istehlak edin. Yağ və şəkər miqdarı az olan qidalar seçin. Gündə 6-8 stəkan su içmək mütləqdir.

​Lobya, paxlalı qidalar, balıq, yumurta, ət və digər protein qidaları istehlak edin. Həftədə 2 qab yağlı balıq istehlak edin. Yetkin insanlar gündə 6 qramdan az duz qəbul etməlidirlər. Qadınlar gündə 20 qram, kişilər isə 30 qram doymamış yağ qəbul edə bilər.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə