Azərbaycan xalqı Prezident İlham Əliyevi çox sevir - PAYTAXT SAKİNLƏRİ - SORĞU

Bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən dövlət başçısı İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Pezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Bu gün isə Möhtərəm Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin il dönümüdür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Bəs görəsən, Azərbaycan xalqı Prezident İlham Əliyevin 2003-cü ildən bu yana gördüyü işlərə münasibtləri necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Zaur Əliyev: “Prezidentimiz verdiyi sözü tutdu və torpaqlarımızı düşmən işğalından azad etdi. Bu da bizim üçün fəaliyyətlərinin ən önəmlisi idi. Çünki bizim əslimiz də ordandır. Bu da əvvəllər bizi çox narahat edən məsələ idi. Keçən il 44 günlük müharibə dövrü göstərdi ki, xalqımız istədiyi vaxt səfərbər olub bir yumruq ola bilər. Biz xaricə səfər edən zamanlarda bizə üstdən aşağı baxırdılar. Bizim belə mütəşəkkilliyimiz yox idi. Bu hadisələr hamısı sübut etdi ki, biz çox-çox irəli gedə bilərik. Mən buna görə də Prezidentimizə öz təşəkkürümü bildirirəm".

Şəhər sakini Zərifə Rzayeva: “Bu barədə onu deyə bilərəm ki, bizim Prezidentimiz İlham Əliyev ən çox da gənclərimizə dəstək oldu. Səhv etmirəmsə, 2007-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üçün Dövlət Proqramı təsdiq etdi. Buna görə də, gənclərimiz daha da yaxşı təhsil alır. Bu hal da məni çox sevindirir".

Türkiyə vətəndaşı, həkim Cafer Nuti: “Mən Türkiyədən gəlmişəm və təbii ki, bir türk olaraq öz fikrimi bildirirəm. İlham Əliyevi bəyənirəm və təqdir edirəm. Onun bu ölkədə fəaliyyətləri çoxdur. Ən əsası da keçən il baş vermiş savaşdan azərbaycanlılar qalib olaraq döndülər. Bu da biz türkləri çox sevindirir. Çünki biz, Heydər Əliyevin də dediyi kimi, "bir millət iki dövlətik"".

Şəhər sakini Məlahət Əlizadə: “Mən fəxr edirəm ki, bizim belə Prezidentimiz var. Əgər o olmasaydı, ermənilər bizim ölkəni darmadağın edəcəkdilər. Mən bir azərbaycanlı olaraq Prezidentimizə işlərində müvəffəqiyyətlər arzu edirəm. Ona Allahdan can sağlığı diləyirəm".

Şəhər sakini Zakir Məmmədov: “Deyə bilərəm ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə də geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, problemləri öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Məhz buna görə də O, həmişə ölkənin sevilən lideri olaraq qalacaq".

Şəhər sakini Səlimə Ağayeva: “Biz hörmətli Prezident İlham Əliyevi və onun fəaliyyətlərini həmişə dəstəkləmişik. 44 günlük müharibədən sonra da ona qarşı olan sevgimiz daha da artdı. Çünki o bizlərə verdiyi sözü tutdu və şəhidlərimizin qisası alındı. Buna görə Prezidentimizə çox təşəkkür edirəm. Ona işlərində uğurlar arzu edirəm".

Şəhər sakini Aybəniz Quliyeva: “Tarixə yazılan elə günlər var ki, bu günlər xalqın gələcəyini müəyyən edən önəmli başlanğıcların əsası qoyulur və məhz bu tarixi günlərdən biri də cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi gün, 15 oktyabr tarixidir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir keyfiyyət mərhələsi başlandı.

Cənab Prezidentin seçildiyi gündən bu vaxta qədər ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurlar göz önündədir. Məhz dövlət başçısının rəhbərliyi və uzaqgörənliyi, doğru, düzgün siyasəti, strategiyası sayəsində siyasi, iqtisadi nailiyyətlərimizi, regional və qlobal əhəmiyyətli layihələrimizi təkzib etmək olmaz. Azərbaycan artıq qüdrətli dövlətə çevrilib və əlbəttə ki, cənab Prezidentin bu istiqamətdə rolu və xidmətləri danılmazdır. Ələlxüsus, bir il bundan öncə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan, 44 gün davam edən müharibədə qazandığımız qələbə, zəfər, 30 il işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsində, məhz Ali Baş Komandanın qətiyyətinin, siyasi iradəsinin, bilik və bacarığının, liderlik keyfiyyətlərinin böyük, həlledici rol oynadığının bizimlə bərabər bütün dünya ictimaiyyəti də şahidi oldu. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi, yenə də öz liderinin, öz Prezidentini dəstəkləyir, onunla yanaşıdır, Vətən müharibəsində olduğu kimi həmrəydir".

Şəhər sakini Sevinc İbrahimova: “Bildirmək istəyirəm ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyev, öz atasının arzusunu yerinə yetirdi. Biz o qədər igidlər itirirdik ki, mənim torpaqlarımızın alınmasına ümidim tükənmişdi. O an yaşadığımız hisslər üçün Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı onu çox sevir və sevməyə də davam edəcək".

Şəhər sakini Vüqar Əsədov: “Cənab Prezident yeddidən-yetmişə hamının sevimlisidir. İlk dəfə seçildikdən bu yana könülləri fəth etməyə başlayıb. Ümummilli liderin yolunu davam etdirib. Ən əsası torpaqlarımızı işğaldan azad etdi. Bununla da hamı tam əmin oldu ki, həqiqətən də, cənab Prezident Azərbaycan üçün layiqli Prezidentdir".

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...