Unutqanlığın hər yaşda baş verə biləcəyini və unutqanlığa qarşı bəzi əsas sağlamlıq vərdişləri qazanmağın lazım olduğunu vurğulayan türk qidalanma mütəxəssisi Eda Balcı "Çünki unutqanlığı müalicə etməyin ən təsirli yollarından biri sağlam yemək vərdişləri qazanmaqdır" deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Eda Balcı, unutqanlıq üçün faydalı olan qidaları belə sıralayıb:
Balıq və balıq yağları
Balıq və balıq yağları omeqa 3 yağ turşuları EPA və DHA ilə çox zəngindir. Omega 3 yağ turşularının ən əhəmiyyətli xüsusiyyəti zehni funksiyaların sağlamlığına müsbət təsirləridir. Araşdırmalarda bunun yalnız zehni funksiyalarda deyil, ürək xəstəliklərində, göz sağlamlığında və xərçəngdən qorunmada da təsirli olduğu bildirilib. Çatışmazlıq halında, unutqanlıq, depressiya və yuxu problemləri kimi simptomları olan omeqa 3 yağ turşularının adekvat qəbuluna diqqət yetirilməli və bu yağ turşuları ilə zəngin balıqların həftədə 2-3 dəfə qəbul edilməsinə diqqət yetirilməlidir.
Qoz
Qoz da balıq kimi omeqa 3 yağ turşuları ilə zəngindir. Bu şəkildə unutqanlıq və digər zehni funksiyalara və yaddaşı gücləndirməyə təsiri sübut edilmişdir. Gündə 2-3 dəfə E vitamini ilə də zəngin olan qoz istehlak edərək ehtiyaclarımızı ödəyə bilərik.
İspanaq
A, C, E və K vitaminləri və dəmir, kalsium və maqnezium mineralları ilə zəngin olan ispanağın müntəzəm istifadəsi beyin və ruh sağlamlığı üçün çox təsirlidir. İdrak və davranış problemlərinə qarşı kömək edir. Eyni zamanda, mövsümündə ispanağın qan təzyiqini aşağı salması, mədə və həzm sisteminə faydası və immunitet sistemini gücləndirmə təsirinə görə istehlakına diqqət yetirmək lazımdır.
Qatıq
Qatıq, tərkibindəki tirozin sayəsində unutqanlığa qarşı ən vacib qidalardan biridir. Ayran və ya süzmə olaraq yeyə biləcəyimiz qatığı süfrələrimizdə saxlamağımız zehni sağlamlığımız üçün lazımdır.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB