Sizi xoşbəxt edəcək 8 qidanın adı açıqlanıb - DİQQƏT!

Düzgün və sağlam qidalanmanın həyatımızdakı yeri bədənimiz qədər ruhumuza da təsir edir. Düzgün qidaları vaxtında yemək insanın zehni tarazlığını və xoşbəxtlik hissini artırır, eyni zamanda həyat keyfiyyətini fəallaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, türk pəhriz mütəxəssisi Şeyma Türköner, müəyyən miqdarda qəbul edilən qidaların bədəndəki xoşbəxtlik hormonlarını artırdığını ifadə edərək bu qidalar və içindəkilər haqqında danışıb.

Şokolad

Ac olduğunuzda seratonin və endorfinlər nəticəsində qanda şəkərin miqdarı azalır və insanlar özünü gərgin, kədərli hiss edirlər. Aclıq vəziyyətində şirniyyat istəməsinin səbəbi budur. Ağızda əriyərkən ləzzətli olan şokolad seratonini artırır və hormonların miqdarı balanslaşdırılır.

Bəzi araşdırmalarda, şokoladın tərkibindəki antioksidanların insan ömrünü 1 il uzatığı təyin edilib. Şokoladın tərkibində anandamid (xoşbəxtlik molekulu) adlı bir maddə var. Bu şəkildə sizi xoşbəxt hiss edir. Ancaq tünd şokolad yemək daha yaxşı olar.

Banan

Bəzi araşdırmalarda bananın xoşbəxtlik hissi verdiyinə rast gəlinir. İçərisində bol olan triptofan amin turşusu bədən tərəfindən xoşbəxtlik hormonu adlanan seratoninə çevrilir. Beləliklə, xoşbəxtlik səviyyəniz fizioloji olaraq yüksəlir. Eyni zamanda, bədəndə əzələlərin daralması və rahatlaması üçün lazım olan kalium mənbəyi olan banan, qadınların menstruasiya zamanı ağrılarını azaltmağa və idman zamanı krampların qarşısını almağa kömək edir.

Qızıl balıq

Yeni bir araşdırmaya görə, gündəlik olaraq omeqa-3 yağ turşuları istehlak edən insanların əhval-ruhiyyəsi başqalarından daha yaxşıdır. Ən yaxşı antidepresanlardan biri sayılan omeqa-3 əsas yağ turşuları ilə zəngin olan somon, triptofanla zəngin bir balıqdır. Xolesterol balansına və qan təzyiqini aşağı salmağa kömək edən qızıl balıq, yağ turşuları ilə sağlam dəri və göz funksiyasını dəstəkləməyə kömək edə bilər.

Qızıl balıq, epilepsiya və ALS xəstəliklərində müalicəsində istifadə edilən ketogenik pəhrizin əvəzolunmaz bir hissəsidir. Bunlara əlavə olaraq qızıl balıq, güclü sümüklər, dişlər və sağlam əzələlər üçün lazım olan D vitamini qaynaqlarından biridir.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə