Pensiya yaşı haqqında vətəndaş nə düşünür? - SORĞU

Təqaüd yaşı ilə bağlı paytaxt sakinləri arasında SİA olaraq sorğu keçirdik. Sorğunu sizə, təqdim edirik:

Paytaxt sakini Hənifə Dünmyamalıyeva: “Məncə, kişi və qadınlarda pensiya yaşı eyni olmalıdır. Bu baxımdan 55 yaş məncə, daha uyğun olar. Hesab edirəm ki, təqaüdün qiyməti 150-200 manat arasında dəyişsə, bu yetərlidir. İnsanlara bu miqdarın yetəcəyini düşünürəm".

Paytaxt sakini Səadət Bayramova: “50-55 yaş arası təqaüdə düşmə yaşı olaraq çox normal yaş aralığıdır. Təqaüdün miqdarı hesab edirəm ki, iş təcrübəsinə uyğun olmalıdır. Hamıya eyni təqaüdü vermək olmaz. Hazırda 314 manatdır bu rəqəm amma 400-ün üzərində olsa daha yaxşı olar".

Paytaxt sakini Bayramalı Seyidov: “Mən 60 yaşında təqaüdə düşmüşəm. Hesab edirəm ki, bu yaş normaldır. Kişilərdə 60, qadınlarda 57 yaş çox düzgün yaş aralığıdır. Hazırda 270 manat pensiya alıram. Mənə bu miqdar açığı deyim yetmir. Üstəlik əməliyyatda oldum. Bu miqdarın daha yüksək olmasını istərdim".

Paytaxt sakini Rəna Məmmədova: “Mən hesab edirəm ki 55 yaş qadınlarda təqaüd yaşı olmalıdır. Kişilərdə bu rəqəm biraz yüksək ola bilər. Məsələn 60 yaş kişilər üçün yaxşıdır. Təqaüdün miqdarı iş təcrübəsinə görə müəyyənləşsə, daha yaxşı olar".

Paytaxt sakini Oqtay Camalov: “Mən hesab edirəm ki, hazırki təqaüd yaşı olduqca uyğundur. Amma təqaüdün miqdarı haqqında onu deyə bilərəm ki, gərək aşağısı 500 manat olsun. Bu yaşlı insanlara daha sərfəli olar".

Paytaxt sakini Səbinə Hüseynova: "Mən hesab edirəm ki, 55 yaş həm kişi, həm qadın üçün daha sərfəli olar. Yoxsa ki 60 yaş limiti qoyulması düzgün deyil. İnsanların xəstəsi var, sağlamı var. Həmçinin indi karantin dövrüdür. İnsanların evdən bayıra çıxması, xüsusilə də yaşlı təbəqənin çıxması düzgün hesab olunmur. Buna görə də, təqaüdün miqdarı çox olsun ki, onlar da özləri üçün riskli olan bir dönəmdə rahat evlərində qala bilsinlər".

Paytaxt sakini Süleyman Həsənov: “60 yaş kişilər üçün yaxşıdır. Təqaüdün miqdarı həyat standartlarımıza uyğun olaraq müəyyən edilərsə, yerində olar. Hesab edirəm ki, hazırki yaşayış standartlarımıza uyğun təqaüd verilir".

Paytaxt sakini Fəzilə Səlimova: "Əvvəllər 57 yaş idi indi 60 olsa yaxşı olar. Kişilər üçün 62-65 yaş aralığı təqaüdə çıxma yaşı olsa, yaxşı olar. Hesab edirəm ki, təqaüdün miqdarı ilə bağlı dövlət düzgün rəqəmlər seçib".

Paytaxt sakini Samira Acalova: “Şəxsən mən 63 yaşına kimi işlədim. Hazırda 300 manat təqaüd alıram. Bu rəqəm məni əlbəttə qane etmir. Çünki mənim 47 il stajım olub".

Paytaxt sakini Tarık Gür: "Məncə, 45 yaş təqaüd üçün ideal yaşdır. Yaşam standartına uyğun olaraq bu yaş çox uyğundur. Təqaüdün miqdarı da yüksək olmalıdır. Çünki insanlar xaricə gedib gəzirlər. Yaponiyanın, Avropaanın qocalarına baxırsan dünyanı təqaüdləri ilə gəzirlər bizdə də məncə, belə olmalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə