Covid virusuna yoluxmamağın bir yolu var - YENİLİK - QİDA TEXNOLOQU AÇIQLADI

“Mən, özüm sağlam qidalanma ilə bağlı həmişə bu yolda təbliğat aparmışam və təbliğat aparanlarla çiyin- çiyinə olmuşam. Seminarlar, konfranslar, özünüz bildiyiniz kimi sizin verilişlərdə, saytda məlumatlar ən çox bizim haqqımızda idi. Yəni, biz sizə sağlam qidalanma ilə bağlı məlumatlar vermişik. Amma, onu qeyd edim ki, bu virus laboratoriya şəraitində hazırlanmış virusdur. Bu nə sağlam qidalanmaya, nə idmana, nə yemək-içməyə baxır”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, düzdür, immunitet sistemi güclü olanlar təbii ki, yüngül keçirə bilər: “Amma əksər insanlar bu virusu çox ağır keçirirlər və mən özüm də bu dəqiqə bu virusa yoluxmuşam. Baxmayaraq ki, mən də idman edirəm, siqaret çəkən deyiləm. Ümumiyyətlə, bu virusun yeməklə içməklə əlaqəsi yoxdur. Nə olsun ki, mən də sağlam qidalanmışam, nə olsun ki, mən də idman etmişəm, amma bu virusa sonunda gəlib yoluxuruq. Bu virusa yoluxmamağın bir yolu var, o da vaksindir. Vaksin də ona görə məcburidir. Məcburi deyəndə ki, insan məcburiyyət qarşısında qalıb onu vurduracaq. Yəni, bu dövlətlərin əlində olan bir şey deyil, heç bir dövlət istəməz ki, onun vətəndaşı ya xəstələnsin, ya nə isə olsun özünə problem yaratsın. Yəni, bu gizli güclərin işidir. Ona görə bu virus oyununun sonu vaksin oyunudur ki, vaksin oyunu ilə də bitməlidir. Ona görə də vaksini vurdurmayanlara çox pis təsir edəcək, çox ağır keçirəcəklər, bunu bütün dünya strajetistləri də bilirlər. Dünyanın aparıcı alimləri də bilirlər ki, bu virus varsa, bu virusun vaksini də çıxmalıdır. Vaksinin özünü təsdiqləyib, təsdiqləmədiyi bəlli deyil. Bu virusa yoluxmamağın bir yolu var. Bu yolu axıra qədər getmək və oynamaq lazımdır. Virusa yoluxursuzsa mütləq şəkildə vaksin olunmaq lazımdır. Uşaqları, yaşlıları qorumalıyıq”.

Ağa Salamov sözlərinə belə davam edib: “Risk qrupuna daxil olan insanlar, ayaq üstə Covid keçirən insanlar əlləri ilə bütün çörəklərə toxunur, bir çörək alacaqsa, 50 dənə çörəyə əl vurur sonra götürür. Marketlərdə bunlara nəzarət olunmalıdır ki, üstü açıq şəkildə satılan qida məhsullarına, evə gətirib onları dezinfeksiya etmək olmur, məsələn onlardan biri də çörəkdir. Çörəyi necə dezinfeksiya edib yeyə bilərsən?! Hər bir şey paketlənmiş şəkildə satılsa yaxşı olar. Çörək tam bağlı şəkildə olmalıdır. Nəfəs alması üçün paketdə 3 - 4 dənə dəlik olsa bəs edər ki, tərləməsin, nəfəs alsın. İnsanlar özləri özlərini öz məsuliyyətsizliklərindən yoluxdururlar. İndi deyəcəksiz ki, siz də yəqin məsuliyyətsizlik etmisiz, xeyr, mən özümü çox qoruyurdum. Amma mən nə bilim ki, mənim yediyim çörəyi məndən qabaq gəlib bir Covid xəstəsi əlləşdirməyib?! İnsanlar təmizliyə riayət etmirlər, söhbət çörək əlləşdirənlərdən gedir. Ən çox insanların 99 faizi çörəklə yoluxur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə