İnsanlar məzuniyyətdən sonra işə necə adaptasiya olmalıdır? - PSİXOLOQ VƏ SOSİOLOQ AÇILADI

"Tətil mövsümünü geridə qoyduğumuz zaman, demək olar ki, hamı eyni bir problemi bölüşür: yeni iş ili. Bütün il işlədikdən sonra, tətil demək olar ki, hamının gözlədiyi və arzuladığı andır. Kimi bu tətili bir neçə həftə, kimi isə 1 neçə ay edir. Məzuniyyətdən qayıtdıqda, insanlar depressif bir ruh halına düşə bilirlər. Əsas da depressif ruh halı payız və qış fəslində olur. Çünki bu zaman günəş şüalarının azalması bədənimizdə melatonin adlanan hormonun istehsalını artırır və bu hormonun artması, hərəkətlərimizi yavaşlatmaq, yuxululuq, konsentrasiyanın pisləşməsi, bədbinlik kimi əhval -ruhiyyə daxil olmaqla depresif və gərgin bir ruh halına girməyimizə səbəb ola bilər. Bu "Mövsümi depressiya" olaraq da bilinir. Ancaq fərdin mövsümi depressiyaya düşdüyünü söyləmək üçün ən az 2 il bu vəziyyəti yaşamış olmalıdır. Bu depressif halı "Tətil sonrası iş sindromu"ilə qarışdırmayın.

Məzuniyyətdən qayıtdıqdan sonra insanlarda "Tətil sonrası iş sindromu"olur. Əgər işinizi sevərək edirsinizsə, bu sindromu yaşamayacaqsınız. Əgər sevərək etmirsinizsə, özünüzü ora aid hiss etmirsinizsə, onda bu sindromu yaşaya bilərsiniz. Bu zaman insanlarda-Ümidsizlik, bədbəxtlik, stress, narahatlıqlıq hissi olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova deyib.

Onun sözlərinə görə, bəs bundan necə qurtula bilərik?
•İş günündən bir-iki gün əvvəl tətildən qayıdın.
•İşə adaptasiya olmaq üçün müsbət düşünün.
•İş zamanı belə tətili xatırlatacaq fəaliyyətlərlə məşğul olun.
•Tətildən qayıdan kimi bütün məsuliyyətlərinizi etməyə çalışmayın. Birdən özünüzü buna məruz qoymağınız daha da sizi stresə salacaq.
•Həftəsonu özünüzə vaxt ayırın.

Sosioloq Lalə Mehralı isə fikirlərini belə ifadə edib: “Məzuniyyət dövründən sonra əksəriyyətimiz iş havasına girə bilmirik. Daha doğrusu, işə adaptasiya ola bilmirik. Məsələn, 7-10 günlük məzuniyyət götürürük ki, bir də görürük ki, artıq məzuniyyət bitib. Ümumilikdə isə məncə, əksəriyyət adasptasiya problemi yaşamır. Yaşayan da təbii ki, işləməyə məcbur olduğunu düşünənlərdir. Ola bilər ki, dağ rayonlarına istirahətə gedənlər qayıdarkən şəhərin gur yaşayış tərzinə adaptasiya çətin olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə