Bu gündən Covid-19 pasportu olmayan şəxslərin bəzi ictimai iaşə və qapalı ərazilərə daxil olmasının qadağan olunması ilə bağlı qərar qüvvəyə minib. Bu, barədə SİA olaraq, paytaxt sakinləri arasında sorğu keçirdik. Həmin sorğunu sizə, təqdim edirik.
Paytaxt sakini Hökumət Dadaşov: "Hökumət çox düzgün qərar verib. Hər şey cənab Prezidentin tapşırığına uyğun olaraq həyata keçirilir. Məncə, bu tədbir insanların sağlamlığı üçün olduqca faydalı olacaq. Yoluxmaların daha da artmasının qarşını almaq üçün mütləqdir ki, hər kəs vaksinasiyadan keçsin. Ancaq bundan sonra rahat şəkildə əvvəlki normalarımıza geri qayıda bilərik. Mən özüm fevral ayında artıq ikinci doza vaksini qəbul etmişdim".
Paytaxt sakini Ayxan Dadaşov: "Hesab edirəm ki, bu çox yerində verilmiş qərardır. Aydın
şəkildə görürük ki, günlük yoluxmaların sayı kəskin artıb. Hamı vaksin olunsa, lap yaxşı olar. Bununla da, əvvəlki darıxdımız həyatımıza geri qayıdarıq. İndi təəssüflər olsun ki, biri vurdurur, biri vurdurmur. Mən özüm də həm özümün, həm də ətrafdakılarımın həyatını riskə atmamaq üçün vaksinasiyadan elə ilk vaxtdan keçmişəm".
Paytaxt sakini Zeynəb Sultanova: "Hamı necə, biz də elə. Mən özüm bu qərarla olduqca razıyam. Özüm də iş yerindən tələb edildiyi üçün vaksinasiyadan keçmişəm. Vaksinasiya ilə bağlı alimlər yetərincə danışır. Onlar bunu məsləhət görürlər ki, yeganə çıxış yolu vaksinasiyadır. Buna görə də, vaksinasiyadan qorxmaq lazım deyil".
Paytaxt sakini Günay Mirzəyeva: Mən bu qərarın düzgün
qərar olduğunu düşünmürəm. Qapalı ərazilərə Covid-19 pasportu olmadan girişin qadağan olunması nə işə yarayacaq? Güya, belə olduqda virusa yoluxmayacağıq. Mən buna inanmıram. Təəssüflər olsun ki, mən özüm iki doza vaksin qəbul etmişəm. Bunun əks təsiri ilə də üzləşməli oldum".
Paytaxt sakini Firudin Kazımzadə: Bilirsiz ki, günü-gündən yoluxmaların sayı artır. Odur ki, dövlətin bu cür qərar verməsi çox yaxşı oldu. Bizim bu bəlaya qarşı yeganə silahımız vaksindir. Odur ki, mütləq vaksinasiyadan keçməliyik ki, özümüzün və ətrafdakılarımızın sağlamlığını qoruyaq. Mən özüm birinci doza vaksini qəbul etdim. İkincinin vaxtı isə sabahdır. İnşallah sabah gedib, ikinci dozanı qəbul edəcəm".
Paytaxt sakini Mehriban Davudova: "Mən özüm iki doza vaksin qəbul etmişəm. Belə hesab edirəm ki, tez bir zamanda ölkəmizdə hamı vaksinasiyadan keçməlidir. Nə qədər ki, vaksinasiya prosesi tam olmayacaq, əvvəlki rahatlığımıza qayıda bilməyəcəyik. Odur ki, həm sağlamlığımızı qorumaq, həm də əvvəlki həyatımıza tez bir zamanda qayıtmaq üçün gərək hamı vaksin olunsun".
Paytaxt sakini Kamran Həsənov: "Mən hər iki doza vaksini qəbul etmişəm. Çünki virus əleyhinə yeganə silah vaksindir. Bütün dünya pandemiya ilə boğuşur. Odur ki, bu cür tədbirlər yerindədir. Hətta mən deyərdim ki, qaçınılmazdır. Nəzarət daha da güclənDirilməlidir. Bundan başqa yol qalmayıb".
Paytaxt sakini Röya Rüstəmzadə: "Covid-19-a yoluxma bu gün olduqca sürətlə artır. Odur ki,
hökumətin bu qərarı olduqca yerində verilmiş qərardır. Ümumiyyətlə alimlər, həkimlər açıqlayırlar ki, vaksinasiya olunmaq tamamilə sağlıqlıdır. Yəni bundan qorxmaq çəkinmək lazım deyil. Əksinə, könüllü vaxtı gələn kimi gedib vaksinasiyadan keçmək lazımdır. Sağlamlığımızı riskə atmamalıyıq".

Paytaxt sakini Elvin Cəmilov: "Əslində bu çox yaxşı bir qərardır. Mən özüm iki doza vaksin qəbul etmişəm. Heç bir əks təsirini görməmişəm. Özümüzün və ətrafdakılarımızın, sevdiklərimizin həyatını qorumaq üçün vaksinasiyadan mütləq keçməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB