Vaksinasiyaya vətəndaşın münasibəti - SORĞU

SİA koronavirusa qarşı peyvəndləmə prosesinə insanların münasibəti ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Nuru Nuruzadə:

- İş yerindən tələb etdilər. Mən də gedib vaksin vurdurdum. Heç bir pis təsirini görmədim. Özümü yaxşı hiss edirəm.

Paytaxt sakini Fəridə Seyidhüseynzadə:

- Mən vaksinasiyadan keçməmişəm. Çünki pis xəstəliyim var. Şəkər xəstəsiyəm. Buna görə də ehtiyyat edirəm.

Paytaxt sakini Zahid Rəhimov:

- Mən vaksinasiyadan keçmişəm. Bunu könüllü şəkildə etdim. Çünki bu virus dünya bəlasıdır. Hamı özünün və ətrafını qorumaq üçün mütləq vaksinasiyadan keçməlidir. Əks təsir yox, bu yaxınlarda qardaşım uşaqları virusa yoluxmuşdu. Onlardan biri 1 ay qabaq vaksinasiyadan keçmişdi, amma virusa yoluxdu. Xəstəliyi olduqca yüngül formada keçirdi. Amma digərləri vaksinasiya olunmadıqlarından ağır keçirdilər.

Paytaxt sakini Şəfəq İbrahimova:

- Mən sinovac vaksini vurdurdum. Tamamilə könüllü olaraq bu prosesdən keçdim. Heç bir əks təsiri olmadı və güman edirəm ki, olmayacaq.

Paytaxt sakini İmran Nəmədov:

- 65 yaşdan yuxarı olduğum üçün 1-ci vaksinasiyadan keçmişəm. tamamilə könüllü şəkildə vurdurmuşam, heç bir əks təsirini görməmişəm. Əksinə, özümü daha rahat hiss edirəm.

Paytaxt sakini Kəminə Vəliyeva:

- İki doza vaksini tamamilə könüllü qəbul vurdurmuşam. Heç bir əks təsirini görməmişəm. Effektivliyinə tam şəkildə inanıram.

Paytaxt sakini Cavid Osmanov:

- Mən vaksinasiyadan keçməmişəm. Hələ gözləyirəm, çünki vaksinasiyadan keçənlərdən narazı olanlar var. Bir müddətdən sonra ola bilsin ki, vaksinasiyadan keçim. Amma hələ ki, niyyətim yoxdur.

Paytaxt sakini Fəri Ramazanova:

- Mən özüm 42 il uşaqları vaksinasiya etmişəm. İndi özüm də vaksinasiya prosesindən keçdim. İki dozanı da qəbul etmişəm. Heç bir əks təsiri də yoxdur. Hamı mütləq vaksinasiya olunsun, bu, sağlamlığımız üçün olduqca önəmlidir.

Paytaxt sakini Saleh Həsənov:

- Bəli, vaksinasiyadan keçirəm. Artıq 1-ci doza vaksin qəbul etmişəm. Həmin gün bir az qızdırmam qalxdı, axşama kimi bu hal davam etdi. İndi isə hər şey qaydasındadır. Nə olacağını ancaq yaşayıb görmək olar.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə