Həftəsonu nəqliyyatın işləyib-işləməməsinə - CƏMİYYƏTİN BAXIŞI - SORĞU-VİDEO

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişi ilə şənbə və bazar günləri ictimai nəqliyyat vasitələri fəaliyyət göstərmir. Təbii ki, bu kimi hallarda cəmiyyətdə narazılığa səbəb olur. Bəs nə etməli? Bu qərarın hələ də qüvvədə olması ilə bağlı SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Həmin sorğunu sizə təqdim edirik:

Paytaxt sakini İsimxan Əliyev: "Məncə işləməlidir. Şənbə və bazar günləri insanların nəqliyyata daha çox ehtiyacı olur. Çünki insanlar şənbə və bazar günləri istirahət günləri olduğuna görə daha çox şəhərdə gəzintiyə çıxırlar. Buna görə də məncə, şənbə və bazar ictimai nəqliyyatın işləməsi mütləqdir.

Paytaxt sakini Rafiq Ramazanov: "Mənə heç bir təsiri yoxdur. Şənbə və bazar günləri​ evimdə otururam. Hamıya da tövsiyə edirəm evdə qalsınlar. Koronavirusdan qorunmaq üçün evdə qalmaq daha xeyirlidir".

Paytaxt sakini Nürəddin Hümbətov: "Çox absurd bir haldır. Noldu, həftənin beş günü korona olmur? İnsanlar necə istəyir gedib-gəlir. Bir şənbə və bazar virus olur. Bu qərarın ləğvi daha yaxşı olardı".

Paytaxt sakini Məlahət Məmmədov: "Nəqliyyat işləsə yaxşıdır. Çünki həmin günlər işləyənlər də var. Onlar üçün də nəqliyyatın işləməsi yaxşı olar. Bu baxımdan işləyən insanları nəzərə alaraq, nəqliyyatın fəaliyyətinə icazə versələr yaxşı olardı".

Paytaxt sakini Cəmilə Atakişiyeva: "Məncə, işləməməsi bir sıra insanlar üçün problem yaradır. Çünki şənbə və bazar günləri də işləyən insanlar var. Təkcə metro ilə iş həll olunmur, məncə, avtobuslar da açılsa daha yaxşı olar.

Paytaxt sakini Aytac Xuduyeva: "Məncə, ictimai nəqliyyatın istifadəsinə icazə verilməlidir. Ancaq taksi ilə olmur. Hər insanın buna imkanı olmaya bilər. Hamının xeyrinə yaxşı olardı ki, ictimai nəqliyyat açılsın".

Paytaxt sakini Gülarə Seyidzadə: "5 gündə heç nə olmursa, iki gündə də heç nə olmaz. Yəni mən belə düşünürəm. Belə hesab edirəm ki, nəqliyyat işləməlidir. Bu, insanlar üçün lazımlıdır. Heç olmasa, işləyənləri nəzərə alsınlar".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə