Xəyanətə insanları nə cəlb edir? - SORĞU

Bəzi insanlar xəyanətə meyil göstərirlər. Buna səbəb nədir? SİA bu barədə paytaxt sakinləri arasında sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Leyla Əliyeva: - Bu sevginin çoxluğunda ola bilər. Hər şeyin artığı zərərli olduğu kimi, servginin də artığı zərərli ola bilər. Hər iki nəfər bir-birinə çox güvənir və hesab edir ki, xəyanət eləsəm də, onsuz da məni bağışlayacaq. Ona görə də, belə bir arxayınlıq yaranır, gedir, xəyanət edir.

Paytaxt sakini Elnar Məmmədli: - Yəqin istədiklərini ala bilmirlər. Ruslarda belə bir söz var, deyir, “Əgər, mən özüm onun tələblərini ödəyirəmsə, o gedib başqa kişilərdən nəysə tələb edib axtarmaz. Əgər sağa-sola gedirsə, deməli onun tələblərini kişi yaxşı ödəyə bilməyib.

Paytaxt sakini Şahin Rzayev: - Çünki iradə yoxdur. Sevdiyin insana gərək iradənlə cavab verəsən. Bu olmadıqda gedib xəyanət edirlər. Həm də deyirlər ki, hər şey zamandan asılıdır. Ancaq bu belə deyil. Qadınlara üz tutub demək istəyirəm ki, sevdiyiniz kişiyə həqiqət, sevmədiyiniz kişiyə yalan olmayın.

Paytaxt sakini Gülnarə Heydərli: - Ailədə səmimiyyət yaxşı şeydir. Səmimiyyət olmadıqda əlaqələr də yaxşı olmur. Bir-birinə qarşı inam, güvən olmayanda xəyanət də olur.

Paytaxt sakini Əziz Əzizov: - Bir-birinə bağlı olmurlar. Ailələrinə dəyər vermirlər. Buna görə də, gedib başqa kişiylə xəyanət edirlər. Kişilərdə isə artıq həvəs var. Həvəslərinə məğlub olub, gedib xəyanət edirlər.

Paytaxt sakini Qumral Əliyeva: - Xəyanət, məncə, xarakterlə bağlı bir şeydir. Xarakteri zəif olan kişi və qadınlar xəyanət yolunu tuturlar.

Paytaxt sakini Toğrul Məhərrəmov: - Məncə səbəb bir-birlərini sevməməsi ola bilər. Yaxud da heyvani instiktərinə məğlub olmaqları ucbatından xəyanət edirlər. Yəni bunun başqa açıqlaması məncə, yoxdur.

Paytaxt sakini Fatimə Həzili: - Bu haqda fikirlər təbii ki, müxtəlifdir. Mən öz fikrimi deyirəm ki, bir nəfər sevib, bir tərəf sevməyəndə sevən tərəf xəyanətə məruz qala bilər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə