Hayfa şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

İsraildə yaşayan həmvətənlərimizin təşəbbüsü ilə Hayfa şəhərinin bələdiyyə binasının önündə Azərbaycanın şanlı qələbəsi münasibəti ilə icazəli aksiya keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycanın müzəffər ordusu!”, “Yaşasın Ali Baş Komandan!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları bildirib ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və Azərbaycan xalqının birliyinin nəticəsidir. Əllərində Azərbaycan, Türkiyə və İsrail bayraqları tutan aksiya iştirakçıları tarixi qələbə münasibətilə Azərbaycan musiqilərinin sədaları altında rəqs ediblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...