FHN Qəbələ–Xankəndi ultramarafonunda təhlükəsizlik tədbirləri görüb

FHN Qəbələ–Xankəndi ultramarafonunda təhlükəsizlik tədbirləri görüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ–Xankəndi ultramarafonu zamanı təhlükəsizlik tədbirləri həyata keçirib.

SİA nazirliyə istinadən xəbər verir ki, oktyabrın 7–11-də Qəbələ–Xankəndi istiqamətində 192 kilometr məsafəni əhatə edən ultramarafon keçirilib.

Tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə marşrut boyunca FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.

Bildirilib ki, ultramarafon müddətində hər hansı fövqəladə hadisə qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə