"Aparıcılar onları qızışdırır ki, daha çox qalmaqal yaransın"

Tanınmış teleaparıcı Nailə İslamzadə efirlərdəki xaos vəziyyəti barədə açıqlama yayıb. SİTAT: “Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır, ki, daha çox qalmaqal yaransın”.

O, qeyd edib ki, 43 il televiziyada çalışıb, indiki durum heç vaxt olmayıb: “Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil.

Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır."

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə