Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda isə Laçın geri qaytarıldı. Üç il bundan əvvəl, 2022-ci avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan muzdlu ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

44 gündə 30 ilin işğalına son qoyan, ədaləti bərpa edən Azərbaycan azad edlimiş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri ilə dünya hərb tarixində də ilkə imza atdı. Müharibədən dərhal sonra başlanan bərpa-quruculuq işləri dünyanı heyrətləndirdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycanın həyatından yeni dövr başlamaqla yanaşı, azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri geniş miqyas aldı.

Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Qürurvericidir ki, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini qeyd edir, görülən işlərin miqyasından, bu torpaqların diplomatik mərkəz kimi dünyanın diqqətində olmasından qürurla bəhs edirik. Tarixi Zəfərimizdən ötən bu dövrdə dövlət başçısı İlham Əliyevin Laçın rayonuna 8 səfəri reallaşıb. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlham Əliyev xeyli sayda sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur. Dövlətimizin başçısının bu ilin 28 May-Müstəqillik Günü ərəfəsində Qarabağa səfəri zamanı Laçında açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi zəngindir. Belə ki, “LATIFA” Laçın tikiş fabrikinin, «PIRSHAGHI» ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Bəylik kəndinin, “Laçın” İstirahət Kompleksinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu, Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. Ölkə Prezidentinin bu səfəri həm Laçın Beynəlxalq Hava Limanın açılışı, həm də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü ilə tarixə yazıldı. Azad edlimiş ərazilərimizdə inşa olunan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının açılışı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirilib.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən “İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, indi bizim gözəl tarixlərimiz, bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. İndi 8 Noyabr günümüz var - Zəfər Günü, 26 Avqust günümüz var. Laçının azad olunması günü və Laçın Şəhəri Günü kimi qeyd olunur. 23 Aprel var. O vaxt Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu.
Göründüyü kimi, şanlı Zəfərimiz biri-birindən möhtəşəm günlərə, tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açdı. Bütün azad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxt günlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincin şahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rusiyadan miqrantları üzən QƏRAR
Dünya 05:04Bu ölkə Azərbaycandan ildə 1 milyard kubmetr qaz almaq istəyir
İqtisadiyyat 01:03Montella Türkiyə millisindən qovuldu
İdman 9 Oktyabr 23:22Masazırda avtomobil yanıb
Hadisə 9 Oktyabr 23:03"Qalatasaray"a ŞAD XƏBƏR - Rafinya meydanda olmayacaq
İdman 9 Oktyabr 22:31"Xəzər dənizindəki ekoloji böhran..." - Tokayevdən XƏBƏRDARLIQ
Dünya 9 Oktyabr 22:19Bakıdan Moskvaya 4 aviareys ləğv edilib - AÇIQLAMA
Sosial 9 Oktyabr 22:02Psixoloq evliliyi gücləndirə biləcək ifadələrin adlarını çəkdi...
Sosial 9 Oktyabr 21:52Qutseriyev Belarus liderinin sirlərini FTB-yə satmaq istəyirdi...
Dünya 9 Oktyabr 21:49"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib
İdman 9 Oktyabr 21:36Teleaparıcı Ceremi Klarkson öz fermasında Jaguar yetişdirir...
Texnologiya 9 Oktyabr 21:28Yaponiya rus hakerini Almaniyaya ekstradisiya etdi...
Dünya 9 Oktyabr 21:06Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb, xəsarət alanlar var
Hadisə 9 Oktyabr 20:54Bu ifadə memə çevrildi...
Dünya 9 Oktyabr 20:48Moskva ilə heç bir güzəştə getmək olmaz!..
Dünya 9 Oktyabr 20:26Prezidentin Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Siyasət 9 Oktyabr 20:24Qutseriyev Belarus liderinin sirlərini FTB-yə satmaq istəyirdi...
Dünya 9 Oktyabr 20:07Putin təhlükəli oyun oynayır...
Dünya 9 Oktyabr 19:49Niksonun təxminən 30 il əvvəl xəbərdar etdiyi şeylər...
Dünya 9 Oktyabr 19:26Fedorov Ukraynanın cəbhəyə humanoid robotlar göndərəcəyi vaxtı deyib...
Texnologiya 9 Oktyabr 19:07Rusiya cəhənnəmə gedir...
Dünya 9 Oktyabr 18:51Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət 9 Oktyabr 18:31Vəba panikası: Ruslar antibiotik və maska ehtiyatı toplayır...
Səhiyyə 9 Oktyabr 18:27“Məni dinc yaşamağa qoymayacaqlar...”
Dünya 9 Oktyabr 18:05Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var
Hadisə 9 Oktyabr 17:54Bu məlumatlar həqiqəti əks etdirmir...!
Sosial 9 Oktyabr 17:42Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya 9 Oktyabr 17:37Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib
Hadisə 9 Oktyabr 17:25Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
İqtisadiyyat 9 Oktyabr 17:11"Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur"
Dünya 9 Oktyabr 17:08Azərbaycan Kubokunda 29 illik məhsuldarlıq rekordu təkrarlanıb
İdman 9 Oktyabr 16:51Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Təhsil 9 Oktyabr 16:42Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
İdman 9 Oktyabr 16:39Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 9 Oktyabr 16:36Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
Hadisə 9 Oktyabr 16:11Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub -YENİLƏNİB
Siyasət 9 Oktyabr 16:09“Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi sisteminin fəal hissəsinə çevriləcək" -ŞƏRH
Siyasət 9 Oktyabr 15:54Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
Siyasət 9 Oktyabr 15:36Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır
Hadisə 9 Oktyabr 15:29"Azərbaycan mina problemini beynəlxalq hüquq müstəvisinə daşıyır" - ŞƏRH
Siyasət 9 Oktyabr 15:17Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Siyasət 9 Oktyabr 14:49“Böyük Qayıdış və azad edilmiş ərazilərin bərpası əsas prioritetlərdəndir” - DEPUTAT DANIŞDI
Siyasət 9 Oktyabr 14:26Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - YENİLƏNİR
Siyasət 9 Oktyabr 14:21Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
Hadisə 9 Oktyabr 14:20Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
İdman 9 Oktyabr 14:18Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si növbəti mərhələyə keçib
Təhsil 9 Oktyabr 14:14Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir - Prezident
Siyasət 9 Oktyabr 14:03Putin MDB liderlərinin qəbul edəcəyi bəyanatı açıqladı
Dünya 9 Oktyabr 13:44Ər-Riyad hava limanına hücumda Səudiyyə pilotu öldü
Dünya 9 Oktyabr 13:43Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - YENİLƏNİR
Siyasət 9 Oktyabr 13:42İrana yeni hücum planı Trampa təqdim edilib
Dünya 9 Oktyabr 13:41"Bu görüş Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətlidir" - ŞƏRH
Siyasət 9 Oktyabr 13:38M4 avtomobil yolunda yol hərəkəti təhlükəsizliyi artırılıb
İqtisadiyyat 9 Oktyabr 13:21Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
Siyasət 9 Oktyabr 13:11"Məktəblərdə geyim qaydaları hər hansı dini və ya ideoloji mövqeyə əsaslanmır" - DEPUTAT DANIŞDI
Siyasət 9 Oktyabr 13:05Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Sosial 9 Oktyabr 13:00Sabir Şahtaxtının “Duman çəkiləndə” siyasi-tarixi romanı barədə
Ədəbiyyat 9 Oktyabr 12:59“Azərbaycan Mərkəzi Asiyada mövqelərini daha da möhkəmləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 9 Oktyabr 12:58“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 9 Oktyabr 12:39Bakıda sülhməramlı əməliyyat ssenarisi əsasında NATO təlimləri keçirilir
Siyasət 9 Oktyabr 12:32Göz rəngini dəyişdirmək göz sağlamlığana necə təsir edə bilər?
Səhiyyə 9 Oktyabr 12:19DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Hadisə 9 Oktyabr 11:55Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya gəlib
Sosial 9 Oktyabr 11:54Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Sosial 9 Oktyabr 11:53Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
İqtisadiyyat 9 Oktyabr 11:52Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
Siyasət 9 Oktyabr 11:51Dünyəvi dövlət, məktəb qaydaları və təhsil hüququ - ANALİZ
Sosial 9 Oktyabr 11:44“Heyvanların erkən kəsiminin məhdudlaşdırılması qısa müddətdə ət qiymətlərini artıra bilər” -EKSPERT DANIŞDI
İqtisadiyyat 9 Oktyabr 11:42Diplomsuz yüksək gəlirli iş tapmaq hansı sahələrdə mümkündür? - TƏHSİL EKSPERTİ
Təhsil 9 Oktyabr 11:37“Gənclərlə ünsiyyət və onların fikirlərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır“ -AYNUR SOFİYEVA
Siyasət 9 Oktyabr 10:54Özəl xəbərlər
Digər xəbərlər“Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi sisteminin fəal hissəsinə çevriləcək" -ŞƏRH
Siyasət 9 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9093
+100,00%
-
GBP
2,2516
+100,00%
-
RUB
1,9998
+100,00%



