Baş nazir Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşün əhəmiyyəti vurğulandı.

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirildi.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə