"Mən ilk dəfədir Azərbaycana gəlirəm. Biz ecazkar və modern üslubda tikilən Füzuli Beynəlxalq Hava Limanında olduq. Gördüklərim məni valeh etdi". SİA xəbər verir ki, bu sözləri Uelsdən gəlmiş səyahətçi Amanda Deyvis Xocavənddə yerləşən Azıx mağarasına səfəri zamanı deyib.
Ərazidə olan bütün tikililərin yerlə-yeksan edildiyini bildirən səyyah qeyd edib: “Ötən illərdə bu ərazilərin dağıdılmış olduğunu görmək təəssüf hissi doğurur, lakin yenidən burada tikinti və bərpa işlərinin aparıldığının şahidi oldum. İnsanlar gələcəyə nikbin baxmalıdır. Regionun təbiəti möhtəşəmdir. Ümid edirəm ki, insanlar yenidən bu torpaqlarda yaşayacaqlar. Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB