Aktyor Birkan Sokullu 2018-ci ilin yazında Kemal-Sinem Gürkaynakın qızı Eda Gürkaynakla görüşməyə başladı. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Han" rolunu oynadığı "Masumlar Apartmanı" mövsümün finalını edən kimi aktyor tətilə çıxaraq, sevgilisi ilə birlikdə Bodruma getdi.

Onlar iyul ayında Göcək körfəzlərini gəmi ilə gəzmişdilər. "Məsumlar Apartmanı" nın çəkilişləri tezliklə yenidən başlayacaq. Birkan Sokullu, mövsüm öncəsi son tətil üçün Eda Gürkaynakla birlikdə Yunan adası olan Mikonosa uçub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə