Bu dəfə sizə geyimləri ilə yadda qalan və dəblə ayaqlaşan məşhurlarla tanış edəcəyik. SİA-nın məlumatına görə, onlar arasında bahalı və ucuz geyinən simalar da yer alacaq.
Həmin tanınmışların siyahısını təqdim edirik:
Şou-biznesin ən dəbli geyinən məşhurlar arasında birinci yerdə Xalq artisti Aygün Kazımova yer alır. Onun geyimlərindən misal olaraq bu sport dəsti "Adidas" markasına aiddir. Topunun qiyməti 100, şalvarı isə 108 manatdır.
Xalq artisti Röya Ayxan da dəbli və bahalı geyimləri ilə heç bir həmkarından geri qalan sənətçilərdən deyil. Onun şəkildə geyindiyi köynək “Balenciaga” markasına aiddir, qiyməti 705 manatdır. Ayaqqabısı “LOUIS VUITTON” markasına məxsusdur, dəyəri isə1453 manatdır.
Xalq artisti Tünzalə Ağayeva hər zaman fərqli geyimləri ilə tamaşaçılarının qarşısına çıxan müğənnilərdən biridir. Ağayevanın bu paltarı “Zara” markasına aiddir, qiyməti 270 manatdır. Ayaqqabısı “Gianvito Rossi” markasına məxsusdur. Dəyəri isə 1267 manatdır.
Sənətindən çox bahalı həyat tərzi ilə gündəmə gələn Əməkdar artist Cavanşir Məmmədovun bu dəfə aksesuarı diqqətləri cəlb edib. İfaçının sözlərinə görə, qolundakı saatın Avropa ölkələrində qiyməti 114 min avrodur (232 min manat).
Geyimlərində Xalq artisti anası Aygün Kazımovadan geri qalmayan müğənni İlqarə bahalı və dəbli geyimləri ilə gündəmi zəbt edən ifaçılar sırasındadır. Onun bu şəkildəki bluzu “Zara” markasına aiddir, qiyməti isə cəmi 80 manatdır.
Müğənni Günay İbrahimli şou-biznesdə ən dəbli geyinən xanımlar arasında birinci yerdə durur. Onun bu şəkildə “ZIMMERMANN” markasına məxsus olan libasa üstünlük verib, qiyməti 1088 manatdır. Ayaqqabısı 1326, çantası isə 685 manatdır. Aksesuarlarının hər ikisi “Alexander McQueen” markasına aiddir.
Boşanma xəbəri ilə sevənlərini üzən müğənni Aynişan Quliyeva bu dəfə şəxsi həyatı ilə bağlı gündəmə gəlməyib. Ənənəsinə qalmayan ifaçı artıq geyimlərini nümayiş etdirən məşhurlar sırasındadır. Onun bu fotolardakı paltar, aksesuarlarının qiyməti və markası ilə maraqlandıq.
Bəlli oldu ki, Quliyevanın libası və aksesuarları “H&M” markasına aiddir. Onun şəkildəki paltarının qiyməti 46, botu 87, çantası isə 34 manatdır.
Cazibədarlığı ilə göz qamaşdıran aktrisa Könül Nağıyeva dəblə ayaqlaşan məhur xanımlar arasındadır. Onun bu fotoda geyindiyi dərin yarıqlı libası “Sagaza Madrid” markasına məxsusdur, qiyməti 354 manatdır. Ayaqqabısı isə “Giuseppe Zanotti” markasına aiddir, qiyməti 907 manatdır.
Digər dəblə ayaqlaşan tanınmış simalar arasında hazırda Türkiyədə yaşayıb, fəaliyyət göstərən aktrisamız Nəsrin Cavadzadədir.
Onun bu şəkildəki üst geyimi “Luna Amada” markasına aiddir, qiyməti 211 manatdır. Ayaqqabısı isə
“Louis Vuitton” markasına məxsusdur, dəyəri 1896 manatdır.
Qalmaqallı açıqlamaları ilə gündəmə gələn aktrisa Pərvin Abıyeva bu dəfə libası ilə gündəmi zəbt edib. Aktirsanın sözügedən paltarı məşhur modelyer Rüfət İsmayıla məxsus olan “AFFFAIR” markasına aiddir. Pərvinin libasının qiyməti 3400 manatdır.
Hər zaman sevənlərinə pozitiv enerji ötürən aparıcı-aktrisa Kəmalə Piriyevanın bu şəkildəki sviteri və şalvarı “adL” markasına aiddir, qiyməti 65 manatdır. Botları isə “ASOS” markasına məxsusdur, dəyəri 42 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə