"Pandemiya bitən kimi ilk işim oğlumu evləndirmək olacaq"

Əməkdar artist Könül Kərimova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni oğlu Rəşadı evləndirmək istədiyini bildirib: "Dünən oğlum Rəşadın ad günü idi. Biləndəki 28 yaşı tamam olur, təəccübləndim. Deyirəm, sən necə böyümüsən? Gözüm doldu ki, təcili evlənməlisən. Pandemiya bitən kimi ilk işim oğlumu evləndirmək olacaq. Yaşını görüb şok oldum. Əməlli yaşı var. Qızımı güclə yola saldım. Elə zəmanəyə gəlmişik ki, nə qızı ərə vermək olur, nə oğlu evləndirmək. Bizim vaxtımızda belə deyildi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...