Rusiyalı şoumen və komediyaçı Aleksandr Nezlobin xarici agentlərin reyestrinə daxil edilib. Bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Nazirliyin məlumatına görə, Nezlobin xarici agentlərin, eləcə də fəaliyyəti Rusiyada arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatların hazırladığı və yaydığı materialların qeyri-məhdud sayda şəxslər arasında hazırlanmasında və yayılmasında iştirak edib.
Bundan başqa, reyestrə Marina Bazilyuk, Konstantin Qoroşanko və Aleksey Moçalov adlı bloqerlər, "Knijiçar" informasiya resursu və "Bıt ili" ("Olmaq, ya olmamaq") layihəsi də daxil edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB