Türkiyəli ustad aktrisa Türkan Şoray həyatından bəhs edən kitabda təəccüblü etiraflar edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəlliyi ilə yanaşı, aktyorluğu ilə də türk kinosuna damğasını vuran Şoray vəfasızlıq etirafı ilə hər kəsi heyrətə gətirib.
"Sultan" ləqəbi ilə türk kinosunda iz qoyan Türkan Şoray tətil fotoları ilə gündəmə gəlib. 80 yaşlı aktrisa bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.
Şoray həyatından bəhs edən "Türkan ve Hayat" kitabında aldadıldığını etiraf edib. Gözəlliyin önəmi olmadığını bildirən Şoray, aldadılması ilə bağlı suala bu sözlərlə cavab verib: "Təbii ki, məni aldatdılar. Gözəl qadın olmağın fərqi yoxdur. Bir müddət sonra kişilər evdəki qadınları görməyi dayandırır. Məncə, bu, sadəcə, kişilərin təbiətindədir".
Kitabdakı bu detal sosial şəbəkələrdə yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə