Günay dünyanın ən çılğın festivalında - FOTOLAR

Model Günay Musayeva dünyanın ən çılğın festivalı hesab edilən “Burning man”ə yollanıb. SİA xəbər verir ki, o, festivalda lentə alınan fotoları sosial şəbəkədə paylaşaraq bunları yazıb: "Telefonsuz 7 sehirli gün. Hər şey qeyri-real idi. Telefonum yanımda deyildi, amma dostlarım möhtəşəm kadrlar çəkdi".

Qeyd edək ki, festival hər il ABŞ-nin Nevada ştatının Blək Rok səhrasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə