Röya üç gün konsert verəcək - FOTO

Bu il səhnə fəaliyyətinin 25 illiyi tamam olan xalq artisti Röya Ayxan daha bir solo konsertə imza atacaq. SİA xəbər verir ki, sənətçi bu dəfə 7 noyabr tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Xatırladaq ki, xalq artisti 31 oktyabr və 1 noyabr tarixlərində Heydər Əliyev Sarayı səhnəsində möhtəşəm musiqili gecə ilə pərəstişkarlarını sevindirəcək.

Məlumata görə konsertin biletlərinin hamısı satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə