“Netflix” onların toyunu ekranlaşdırmaq istəyir

"Netflix” Teylor Svift və Travis Kelsiyə həsr olunmuş sənədli film layihəsi hazırlamaq istəyir. SİA xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.

“Netflix”in filmə böyük büdcə ayırmağa hazır olduğu bildirilir. Lakin hansı məbləğin müzakirə olunduğu açıqlanmır. Bundan əlavə, bir insayderə görə, “Netflix” cütlüyün yaxınlaşan toyuna giriş əldə etmək və hər bir hadisənin içində olmaq istəyir.

Qeyd edək ki, 2023-cü ildən münasibətdə olan cütlük ötən həftə nişanlanıb. Cütlüyün nə vaxt və harada evlənməyi planlaşdırdığı hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə