Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə özü sosial media hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, səhhətində yaranan problem səbəbindən analizlərdən sonra gecəni xəstəxanada keçirib: "Həkimim dedi ki, heç nə yoxdur, sadəcə 2 saat yatıracağıq. Bunun adı əməliyyatdır".
Vüsalə sosial şəbəkələrdə haqqında yazılan şərhlərə də münasibət bildirib: "Bəzən bilib-bilmədən “Kaş onun yerində olaydım” deyənlər olur. Mən heç vaxt kiminsə həyatına baxıb köks ötürməmişəm. Allahımın mənə verdikləri ilə yetinmişəm. 17 yaşımdan sağlamlıqla mübarizə aparıram, 23 ildir hər gün müalicə alıram. Şikayət etmirəm, qismətim belədir".
O, ana olmaq üçün böyük risklərdən keçdiyini, bu yolda minlərlə qadına stimul verdiyini də vurğulayıb: "Həyat mübarizədir, biz də savaşçı. Öz həyatınızın səngərində vuruşun, başqasının səngərinə baxmayın. İnşallah, qismətimizə gözəl günlər yazılar."
Əlizadə səhhəti ilə bağlı yayılan bəzi iddialara da aydınlıq gətirib: "Böyrək problemi deyil, sadəcə kiçik bir kista yaranmışdı. Hər şey yaxşıdır və daha yaxşı olacaq. Əvvəlcə özünüzü sevin, sonra sizi var edənləri. Allaha əmanət olun."
Xatırladaq ki, Vüsalə Əlizadə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib və anası ona bir böyrəyini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə