Türkiyənin reytinqləri alt-üst edən “Uzak Şehir” serialı yenidən ekranlara qayıdır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial sentyabrın 15-dən “Kanal D”nin efirindən tamaşaçılara təqdim olunacaq. İkinci sezonda serialda sürpriz xarakterlərin rol alacağı, tamaşaçılara həyəcan dolu bölümlərin təqdim ediləcəyi gözlənilir. Seriala qatılacaq yeni aktyorların arasında Banu Fotocan ve Özge Erdemin yer alacağı bildirilir.
Qeyd edək ki, serialda baş rolları Sinem Ünsal və Ozan Akbaba canlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə