Allanın dostları onun xarici agent kimi tanınmasına icazə vermirlər...

...Federal Antikorrupsiya Layihəsinin (FPBC) rəhbəri Vitali Borodin bildirib ki, müğənni Alla Puqaçovanın xarici agent kimi tanınmasına icazə verilmir.

Əsas maneə müğənninin ona xalq artisti kimi baxan yüksək vəzifəli dostlarıdır.

SİA xəbər verir ki, bu barədə Borodin “Ridus” nəşrinə məlumat verib.

...Onun yüksək vəzifələrdə çalışan dostları var ki, onlar hələ də Puqaçovanı ölkəmizin xalq artisti kimi görürlər. Onlar dərin səhv edirlər, - Federal Antikorrupsiya Layihəsi rəhbəri bildirib.

Borodinin sözlərinə görə, müğənni "uzun müddətdir Rusiyaya və pərəstişkarlarına xəyanət edib.

O, əmindir ki, Puqaçovanın vətəninə qayıtması diqqətdən kənarda qalacaq.

...Puqaçova artıq qocalıb. Bu gün bizdə Puqaçovadan daha yaxşı oxuyan çoxlu gənc istedadlı sənətçilər var, - Federal Antikorrupsiya Layihəsi rəhbəri düşünür.

Puqaçova bundan əvvəl “Okean Elzy” qrupunun lideri Svyatoslav Vakarçuku mükafatı münasibətilə təbrik edib. Ukrayna Silahlı Qüvvələri sıralarına qatılan müğənni “Ukraynanın Milli Əfsanəsi” kimi tanınıb.

Puqaçova mükafata layiq olduğuna inanır.

Prodüser Leonid Dzyunik müğənninin şərhini dəlilik kimi izah edib. O, əmindir ki, müğənni çarəsizlikdən bunu edib və pul qazanmaq üçün özünü reklam edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə