“Milli adət ənənələrimizin qorunması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır” - MÜĞƏNNİ DANIŞDI

Azərbaycan mədəniyyəti həm qədim ənənələrə, həm də müasirlik təsirlərinə əsaslanır. Ənənələrimiz:muğam, aşıq sənəti, xalçaçılıq, toy və bir neçə bayram mərasimləri xalqın milli kimliyini qoruyur. Müasirlik hal hazırda inkişaf etməsi özünü göstərir. Bu gün ənənə və müasirlik bir-birini tamamlayır: milli musiqi müasir janrlarla sintez olunur, memarlıqda tarixi abidələr , müasir və modern tikililərlə yanaşı dayanır, adət-ənənələr isə yeni formalarla yaşadılır. Azərbaycan xalqı mədəniyyəti həm köklərini qoruyur, həm də müasir dövrün tələblərinə uyğun inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Əvvəllər toylar əsasən həyətlərdə, çadırlarda, milli musiqi və adətlər əsasında keçirilirdi. Müasir dövrdə isə toylar daha çox restoran və şadlıq saraylarında təşkil olunur, xarici musiqilər, yeni geyim üslubları və texnologiyalar istifadə edilir. Bununla yanaşı, xınayaxdı, gəlin köçürmə, milli yeməklər və musiqilər kimi ənənələr qorunaraq müasir formaya uyğunlaşdırılır.

Qloballaşma dövründə ölkəmizə xarici mədəniyyətin təsiri artsa da, milli adət ənənələrimizin qorunması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Novruz bayramı, muğam, xalçaçılıq, toy adətləri unesko tərəfindən tanınır və dövlət, ailə və təhsil vasitəsilə yeni nəsillərə ötürülür. Beləliklə, milli kimlik qlobal təsirlər qarşısında saxlanılır və inkişaf etdirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə