Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi

Azərbaycan Rusiyanın təşkil etdiyi "Intervision” müsabiqəsində iştirak etməyəcək. Həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri tədbirdə iştirak etməyəcək. SİA xəbər verir ki, müsabiqənin rəsmi "Instagram" hesabında yayılan məlumata görə, iştirakın mümkün olmamasının əsas səbəbləri daxili şərait və hazırlıq üçün vaxtın çatışmamasıdır. Mənbələr bildirir ki, Azərbaycan bu qərarı həm ölkə daxilindəki mədəni prioritetlərə, həm də regional və beynəlxalq tədbirlərdə diqqətli iştirak strategiyasına uyğun olaraq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə