Kenandan Sineme maraqlı doğum günü hədiyyəsi - FOTO

Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu həyat yoldaşı və həmkarı Sinem Kobala 38-ci ad günü münasibətilə sürpriz edib. SİA-nın verdiyi məlumata görə, o, xanımına üzərində maraqlı qeyd olan tort hazırlatdırıb.

Tortun üzərində "Hem harbi, hem Barbie" sözləri yazılıb.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Onların Lalı və Leyla adlı qızları var. Cütlüyün evliliyi ilə bağlı sosial şəbəkələrdə yayılan boşanma şayiələrinin Sinemin ad günündən sonra yalan olduğu bilinib.

Bütün xəbərlər Facebook səhifəmizdə