Ambaninin milyonluq saat kolleksiyası - FOTOLAR

Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambani bu dəfə saat kolleksiyası ilə gündəmə gəlib. SİA xəbər verir ki, milyarder "Richard Mille" brendinin ən özəl kolleksiyalarına sahibdir. İngilis mediası onun bu brenddən olan saatlarının qiymətini yazıb. "Richerd Mille" brendinə məxsus 3,2 milyonluq saatda iş adamı tez-tez görünür. Eyni brendə məxsus daha bir saatının qiyməti 5,4 milyon dollardır. Ambani 1,2 milyona olan saata da sahibdir. Onun "Green Sapphire" kolleksiyasına məxsus saatı 6 milyon dollaradır. "Sapphire Tourbillion" kolleksiyasının saatına Ambani 5 milyon, "Red carbon"a isə 1,4 milyon dollar ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə