Hadisə bacısı üçün möhtəşəm şənlik təşkil edib

Türkiyəli müğənni Hadisə bacısı Derya Açıkgözün 37 yaşının tamam olması üçün təmtəraqlı şənlik təşkil edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Dolce & Gabbana"nın çiçəkli libası geyinən Hadisə bacısı ilə birlikdə "Birdənəm ad günün mübarək" deyərək tort kəsib.

Enerjili davranışı ilə gecəyə rəng qatan məşhur anası Gülnihal Açıkgözlə rəqs edib, səhərə qədər əylənib. Konsert marafonunu sürətini azaltmadan davam etdirən müğənni Hadisə son olaraq "Harbiye" verilişi ilə gündəm olub. Ardıcıl iki gün "Harbiye"də çıxış edən Hadisə geyimi və rəqs performansı ilə yenidən sosial medianın "Ən çox danışılanlar" siyahısına düşüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə