"ShowTV”nin məşhur serialı “Kızılcık Şerbeti”nin dördüncü sezonunun çəkilişləri avqustun 20-də başlayır. SİA yerli KİV-ə istinadən xəbər verir ki, yeni mövsümdə serial daha iki aktyor qatılacaq. Onlar Açelya Akkoyun və Mehmet Bilge Aslandır. Ər-arvad kimi serialda oynayacaq aktyorlar “Nilgün” və “Hakan” obrazlarını canlandıracaqlar. Cütlüyün hamilə olan “Kıvılcım”ın (Evrim Alasya) həkimləri olacağı bildirilir.
Qeyd edək ki, serial yeni mövsümə 19 sentyabr tarixində start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə