"The Walking Dead", "Chicago Med" və "9-1-1" kimi filmlərdə rol alan Kelley Mack 33 yaşında amansız xəstəlikdən dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mackın ailəsi verdiyi açıqlamada gənc aktyorun son nəfəsini doğma şəhəri Cincinnatidə verdiyini bildirib.
Kelley Mack bir müddətdir ki, beyninə və mərkəzi sinir sisteminə təsir edən xərçəng növü ilə mübarizə aparırdı. Kelley Mack Hinsdale Mərkəzi Liseyini bitirib və 2014-cü ildə Chapman Universitetinin Dodge Film Kollecində kinematoqrafiya üzrə bakalavr dərəcəsi alıb. Kelley Mack "The Walking Dead", "Chicago Med" və "9-1-1" kimi filmlərdə rol alıb. O, həmçinin “Broadcasting Signal Intrusion” və “Delicate Arch” filmlərində çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə