Türkiyəli aktyor Şener Şenin Alzheimer xəstəsi olması ilə bağlı xəbərlər yayılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun yaxınları yayılan söz-söhbətlərlə bağlı açıqlama yayıb. "Səhhəti yaxşıdır. Hazırda yeni mövsüm layihələri üçün müxtəlif prodüser şirkətləri ilə danışıqlar aparır və aldığı ssenariləri dəyərləndirir" deyə ailə açıqlamasında bildirib.
Xatırladaq ki, aktyor daha öncə kariyerasını başa vurduğunu açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə