Tarasovu Buzovadan ayıran qadın ərinin xəyanəti ilə üzləşib...

Vaxtilə futbolçu Dmitri Tarasovu müğənni Olqa Buzovadan ayıran rusiyalı model Anastasiya Kostenko ərinin xəyanəti ilə üzləşib.

SİA xəbər verir ki, bu barədə Starhit məlumat yayıb.

Kostenko, adımlarımı izləyən yalanlardan bezmişəm,- deyib. O, bunu şəxsi bloqunda şeir dərc etməklə edib.

İddialara görə, bu şeir Tarasovun Soçidə görüşməyə çalışdığı iki modellə əvvəllər dərc olunmuş yazışmalarına cavab olub. Əvvəllər Dmitri Tarasov artıq xəyanətlə bağlı qalmaqallara qarışmışdı: onun Olqa Buzova ilə əvvəlki evliliyi xəyanət şübhələri səbəbindən pozuldu və futbolçunun yeni seçilmişi Anastasiya Kostenko oldu.

Mövcud vəziyyət fonunda idmançının davranışı növbəti dəfə internetdə müzakirə olunsa da, nə o, nə də həyat yoldaşı hələlik vəziyyəti açıq şəkildə şərh etməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə