…Daha çox Paşa Texnik kimi tanınan rusiyalı reper Pavel İvlev Tailanddakı xəstəxanalardan birində koma vəziyyətindədir.

SİA-nın məlumatına görə, bu barədə sənətçinin meneceri bildirib.

Musiqiçinin nümayəndəsinin sözlərinə görə, o, İvlevin başına gələnləri martın 27-də səhər saatlarında öyrənib. Həkimlərin dediyinə görə, əvvəlcə sənətçi damcı qəbul edib, lakin sonra onu süni komaya salıblar.

Onun süni nəfəs aparatına qoşulduğu da bildirilir.

…Paşanın vəziyyəti hazırda ağırdır, onu süni komaya salıblar, amma deyəsən həyatı təhlükədə deyil. Həkimlər onu izləyir, məncə o, sağ qalacaq və hamımızdan çox yaşayacaq.

Bunu sənətçinin meneceri bildirib.

Bundan əvvəl “Rus İcması” hərəkatının fəalları Paşa Texnikin Barnauldakı konsertini ləğv etməyə müvəffəq olublar.

Reperin ifasının ləğv edilməsinə səbəb kimi “dağıdıcı mahnı sözləri və sərxoş vəziyyətdə ictimai yerlərdə görünməsi” göstərilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə