"ATƏT-ə həvalə ediləcək mövzu qalmayıb" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Hazırkı vəziyyət onu göstərir ki, Avropada Təhlükəsizlik sistemi məhv olub". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya və Ukrayna arasında müharibə də ATƏT-in fəaliyyətsizliyinin göstəricisidir." ATƏT yarandığı gündən bu dövrə qədər hər hansı bir münaqişənin həllinə nail ola bilməyib. Ona görə bu təşkilat özünün səmərəsiz fəaliyyətinə görə məhv olmaq üzərədir. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında ikitərəfli format genişləndirilib. Biz Ukrayna müharibəsində gedən proseslərdə görürük ki, hər hansı beynəlxalq institutun adı çəkilmir. Ukrayna öz təhlükəsizlik qarantiyalarını digər dövlərlərə etimad etmək istəyir. Həmin tendensiyaları biz üç tərəfli bəyanatda da gördük. Yəni forma və məzmun dəyişildiyinin şahidi olduq. Avropa İttifaqı vasitəçi kimi iştirak etdiyi ikinci Üçtərəfli görüş keçirilib. Digər əsas məsələ bundan kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi prosesidir. Sülh müqaviləsi imzalanması Azərbaycan və Ermənistan üçün əsas məsələdir. Digər həll edilməli olan isə Ermənistan silahlı qruplaşmalarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Həm Rusiya ilə olan Üçtərəfli format həm də Avropa İttifaqı ilə olan format Azərbaycan və Ermənistan arasında olan bütün mövzuları əhatə edib. Yəni ATƏT-in Minsk qrupuna həvalə olunacaq mövzu qalmayıb. Bu görüşlər də bu fikri möhkəmləndirir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə