Antalya Diplomatik Formunun əhəmiyyəti - Politoloq şərh etdi

“Antalya Diplomatik Formu müasir beynəlxalq münasibətlər sistemində nizamın formalaşması və siyasi problemlərə aydınlıq gətirilməsi baxımından Türkiyənin təşkil etdiyi ən önəmli tədbirlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, burada dünyanı maraqlandıran bir sıra məsələlər müzakirə olunacaq, fikir mübadiləsi aparılacaq: “Eyni zamanda dünyanın, eləcə də Avropanın təhlükəsizlik arxitekturasında bu gün yaranan problemlərə baxış həyata keçiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Antalya Diplomatik Formunda iştirak edəcək.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu yaxınlarda Bakıya səfəri baş tutmuşdu. Səfər çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyət göstərən Sərdar Kılıç da səfərdə yer almışdı. Bu onu göstərir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasından Azərbaycan məlumatlıdır. Sərdar Kılıçın səfəri də bunu nümayiş etdirir.
Digər önəmli məsələ isə hazırkı vəziyyətdə Antalya Diplomatik Formunun keçirilməsidir. Bu forumda təbii ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin də həll yolları, beynəlxalq hüququn fundamental prinsiplərinin icra olunması və bununla bağlı olan məsələlərdir. Düşünürəm ki, bu xüsusda bir sıra dövlətlərin mövqeləri də Antalya Forumunda diqqətə çatdırlacaq. Formun keçirilməsinin önəmli nəticələrinin olacağını artıq indidən qeyd etmək olar”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə